“Trabzonspor” yarımfinalda
28 fevral 2024 23:00 (UTC +04:00)

“Trabzonspor” yarımfinalda

Futbol üzrə Türkiyə Kubokunda yarımfinala vəsiqə qazanan növbəti komandanın adına aydınlıq gəlib.

Lent.az xəbər verir ki, "Trabzonspor" doğma meydanda "Başakşəhər"i qəbul edib. Görüş "bordo-mavililər"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda yeganə qolu 57-ci dəqiqədə Edin Vişça vurub.

"Trabzonspor" yarımfinalda "Qalatasaray" - "Fatih Karagümrük" oyununun qalibi ilə qarşılaşacaq. Görüş fevralın 29-da baş tutacaq.

Qeyd edək ki, ötən gün "Ankaragücü" "Fənərbağça"ya 3:0 hesabı ilə qalib gələrək adını yarımfinala yazdıran ilk komanda olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3507
avatar

Oxşar yazılar