Stanislav Çerçesov  Qazaxıstan millisindən   getdi
27 yanvar 2025 13:25 (UTC +04:00)

Stanislav Çerçesov Qazaxıstan millisindən getdi

Futbol üzrə Qazaxıstan yığmasının baş məşqçisi, rusiyalı mütəxəssis Stanislav Çerçesov vəzifəsində işini vaxtından əvvəl başa vurub.

Lent.az bildirir ki, Qazaxıstan Futbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, tərəflərin qarşılıqlı qərarı ilə əmək müqaviləsinə xitam verilib.

Çerçesovla yanaşı, onun bütün məşqçilər korpusu Qazaxıstan millisini tərk edir. Qazaxıstan Futbol Federasiyası görülən işlərə görə təcrübəli mütəxəssisə və onun köməkçilərinə təşəkkür edib.

Qazaxıstan Futbol Federasiyasından verilən məlumata görə, hazırda millinin yeni baş məşqçisinin namizədliyinə baxılır.

61 yaşlı məşqçi 2024-cü il iyunun 3-də Qazaxıstan millisinin sükanı arxasına keçib. Onun rəhbərliyi altında qazaxıstanlı futbolçular UEFA Millətlər Liqasında altı oyun keçirib və Norveç yığması ilə heç-heçə edərək cəmi bir xal toplayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 696
avatar

Lent.az

Oxşar yazılar