Son 10 ildə transferlərdən  ən çox qazanan   klublar: “Çelsi” birincidir
10 fevral 2025 18:20 (UTC +04:00)

Son 10 ildə transferlərdən ən çox qazanan klublar: “Çelsi” birincidir

İngiltərənin "Çelsi" futbol klubu son 10 ildə oyunçu satışı hesabına 1,3 milyard avro zənginləşib. 

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, bu gəlirlərə görə "aristokratlar"ı Portuqaliyanın "Benfika"sı və "Monako" (Fransa) izləyir.

“Transfermarkt”ın məlumatına görə, hazırda London komandası son 10 ildə oyunçu satışından ən çox qazanan 20 klub siyahısına başçılıq edir.

Bu müddət ərzində "Çelsi"nin xəzinəsi 1,3 milyard avro ilə doldurulub.

Futbolçuları ilə yollarını sərfəli şəkildə ayıran ilk 10 komandanın siyahısına həmçinin bunlar daxildir: “Benfika” (1,27 milyard), “Monako” (1,14 milyard), “Yuventus” (1,09 milyard), Dortmund “Borussiya”sı (1,03 milyard), “Ayaks” (1 milyard), “Barselona” (973 milyon), “Atletiko” (937 milyon), “Mançester Siti” (877 milyon) və “Porto” (846 milyon).


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564

Oxşar yazılar