Səudiyyə Ərəbistanı Beynəlxalq Futbol Federasiyasının (FİFA) dəstəyi ilə neftin qiyməti 150 dollar/barelə çatarsa, Çempionlar Liqasını almaq niyyətindədir.
Lent.az xarici mətbuata istinadən məlumat verir ki, bundan əvvəl Səudiyyə Ərəbistanının Səudiyyə klublarının Çempionlar Liqasında iştirak imkanını nəzərdən keçirdiyi məlum olub.
Xatırladaq ki, 2034-cü ildə dünya çempionatı Səudiyyə Ərəbistanında keçiriləcək.