Serena Uilyams  karyerasını bərpa edir
02 iyun 2026 02:53 (UTC +04:00)

Serena Uilyams karyerasını bərpa edir

0

Amerikalı tennisçi Serena Uilyams peşəkar karyerasını yenidən bərpa edəcək.

Lent.az xəbər verir ki, Qadın Tennis Assosiasiyasının (WTA) və Böyük Britaniya Tennis Assosiasiyasının (LTA) məlumatına görə, 44 yaşlı idmançı Londonda keçiriləcək WTA 500 turnirində qoşa oyunlar üzrə çıxış edəcək.

Serena sonuncu dəfə 2022-ci ildə ABŞ Açıq Çempionatında korta çıxmışdı.

Karyerası ərzində 73 WTA tituluna sahib olan Serena Uilyams “Böyük Dəbilqə” turnirlərində qazandığı 23 çempionluqla tarixdə ikinci pillədə qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 138

Oxşar yazılar