"Sabah" öz meydanında UDUZDU
10 iyul 2025 22:35 (UTC +04:00)

"Sabah" öz meydanında UDUZDU

Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Sabah” birinci təsnifat mərhələsində ilk oyununa çıxıb.

Lent.az xəbər verir ki, komanda Sloveniyanın “Selye” kollektivini qəbul edib.

“Bank Respublika Arena”da keçirilən görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

"Sabah"ın heyətində Pavol Şafranko dubl edib.

Qarşılaşmanı Qazaxıstandan olan hakimlər briqadası idarə edib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 17-də Sloveniyada təşkil olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1076

Oxşar yazılar