"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim PSJ-nin müdafiəçisi Nuno Mendesi komandasında görmək istəyir.
Lent.az xarici mediaya istinadla bildirir ki, jurnalist Ceyson Bertin sosial şəbəkələrdə verdiyi məlumata görə, portuqaliyalı məşqçi ümid edir ki, 22 yaşlı futbolçu onun rəhbərliyi altında klubun ilk transferi olacaq. “Qırmızı şeytanlar” qışda transferdə israr etməkdə davam edir, lakin yanvarda sövdələşməni başa çatdırmaq çətin olacaq – PSJ futbolçunu ən azı mövsümün sonuna qədər saxlamaq niyyətindədir.
Mendes 2021-ci ilin yayında 38 milyon avroya Lissabonun "Sportinq” klubundan PSJ-yə keçib. Futbolçunun Fransa klubu ilə müqaviləsi 2026-cı il iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 55 milyon avrodur.