Lionel Messi daha bir kubok qazandı - bu dəfə MLS Kubokunu.
Lent.az bildirir ki, futbolun ən böyük iki ulduzunun Avropadan ayrıldıqdan sonra karyeralarının necə inkişaf etdiyinə və müvafiq klublarında nələrə nail olduqlarına nəzər salmağın vaxtıdır.
Kriştiano Ronaldo “Əl-Nəsr”də: 123 oyun, 131 effektiv fəaliyyət, 110 qol, 21 məhsuldar ötürmə, 29 penalti, hələlik kubok yoxdur.
Portuqaliyalı ardıcıl və məhsuldar qollar vuraraq liqanın ən çox qol vuran oyunçusu olaraq qalsa da, komandasının nəticələri şəxsi statistikasına çatmayıb - Səudiyyə Ərəbistanında heç bir mövsüm kubok qazanmayıb.
Lionel Messi “İnter Mayami”də: 88 oyun, 120 effektiv fəaliyyət, 77 qol, 43 məhsuldar ötürmə, cəmi dörd penalti, dörd kubok. O, tez-tez komanda yoldaşları üçün oynayır, qollar vurur və məhsuldar ötürmələr edir. “İnter Mayami” onunla birlikdə turnir cədvəlinin aşağı sıralarında olan komandadan kubok iddiaçısına çevrilib.
Avropadan ayrıldıqdan sonra kim daha yaxşıdır?