Ronaldo İspaniyanın əsas klublarından birinin sahibi olacaq
26 fevral 2025 09:50 (UTC +04:00)

Ronaldo İspaniyanın əsas klublarından birinin sahibi olacaq

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo İspaniyanın “Valensiya” klubunun əsas səhmdarına çevrilə bilər.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, klubun hazırkı sahibi futbolçunun yaxın dostu, eləcə də bir neçə şirkətdə şərik olan və onun imic hüquqlarının sahibi olan Peter Limdir. O, klubun səhmlərini Ronaldoya satmaq niyyətindədir.

Qeyd olunur ki, Lim bu mövsümün sonuna qədər səhm satışını başa çatdırmaq istəyir və Ronaldonun özü də komandanı almaqda maraqlıdır. Bundan əlavə, xərclərin bir hissəsi kral ailəsi ilə əlaqəli Səudiyyə investisiya fondları tərəfindən qarşılana bilər.

Bu mövsüm Ronaldo bütün turnirlərdə 29 oyunda iştirak edib, 25 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 12 milyon avrodur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 648

Oxşar yazılar