Rodri dünya çempionatının ən yaxşı futbolçusu  seçildi
20 iyul 2026 03:30 (UTC +04:00)

Rodri dünya çempionatının ən yaxşı futbolçusu seçildi

0

İspaniya millisinin yarımmüdafiəçisi Rodri 2026-cı il futbol üzrə dünya çempionatının ən yaxşı oyunçusu seçilib.

Lent.az xəbər verir ki, Rodri turnirdə 8 oyunda iştirak edib.

İspaniya millisi finalda Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.

Turnirin ən yaxşı qapıçısı İspaniya millisinin üzvü Unai Simon, ən yaxşı gənc futbolçusu isə müdafiəçi Pau Kubarsi seçilib.

Dünya çempionatının bombardiri adına isə Fransa millisinin hücumçusu Kilian Mbappe layiq görülüb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1020

Oxşar yazılar