"Real Madrid" "Mançester Yunayted"dən hücumçu ala bilər.
Apasport.az "Defenca Central"a istinadla məlumat verir ki, “qırmızı şeytanlar”ın mərkəz hücumçusu Rasmus Hoilun "kral klubu"nun maraq dairəsinə düşüb. İspaniya klubunun skautları danimarkalı hücumçunun çıxışlarını izləyir.
Mankunianlar fransalı Kilian Mbappe və norveçli Erlinq Haalandın transferləri uğursuz olarsa, Rasmusu ehtiyat variant hesab edirlər.
23 yaşlı futbolçu keçən yay 74 milyon avroya "Atalanta"dan "Mançester Yunayted"ə keçib. Onun klubla müqaviləsi 2028-ci ilin ortalarına qədərdir. Premyer Liqanın cari mövsümündə forvard 19 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.