Qvardiola Premyer Liqadakı 400-cü qələbəsi ilə  Venger və Ferqyusonu geridə qoydu
01 fevral 2026 14:48 (UTC +04:00)

Qvardiola Premyer Liqadakı 400-cü qələbəsi ilə Venger və Ferqyusonu geridə qoydu

0

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola daha bir rekordu qırıb. Bu dəfə ingilis klubunun 400 qələbəyə çatması üçün lazım olan oyunların sayı məlum olub. İspaniyalı cəmi 569 oyunda 400-cü qələbəsini qazanıb.

Müqayisə üçün, əfsanəvi Arsen Venger (“Arsenal”) və ser Aleks Ferqyuson (“Mançester Yunayted”) müvafiq olaraq 696 və 732 oyundan sonra eyni göstəriciyə çatıblar.

Dördüncü yerdə 40 (!!) il “Aston Villa”da çalışmış şotlandiyalı Corc Remzi gəlir. Bu, 19-cu və 20-ci əsrlərin sonlarında baş verib. Beşinci yerdə isə eyni dərəcədə dahi ser Mett Basbi qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar