"Qalatasaray" və "Fənərbaxça" Dünya çempionatından böyük məbləğdə  pul qazanacaqlar
07 iyun 2026 17:52 (UTC +04:00)

"Qalatasaray" və "Fənərbaxça" Dünya çempionatından böyük məbləğdə pul qazanacaqlar

0

FİFA-nın Klub Üstünlüyü Proqramı sayəsində Dünya çempionatına çoxsaylı oyunçu göndərən “Qalatasaray” və “Fənərbaxça” milyonlarla dollar qazanacaqlar. “Qalatasaray”ın gündə 121.000 dollar, “Fənərbaxça”nın isə təxminən 132.000 dollar qazanacağı gözlənilir.

Lent.az-ın məlumatına görə, 2026-cı il Dünya çempionatı təkcə futbol azarkeşlərini deyil, həm də klubları sevindirəcək. FİFA-nın Klub Üstünlüyü Proqramı çərçivəsində turnirə çoxsaylı oyunçu göndərən “Qalatasaray” və “Fənərbaxça2nın milyonlarla dollar qazanacağı gözlənilir.

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi Dünya çempionatı üçün geri sayım davam etdikcə, bu böyük tədbir Türkiyə Super Liqasının ən böyük iki klubu üçün əhəmiyyətli bir gəlir mənbəyi açacaq. FIFA-nın "Klub Faydaları Proqramı" çərçivəsində oyunçularını Dünya çempionatına göndərən klublar milyonlarla dollar ödəniş alacaqlar.

UEFA 2022-ci il Dünya çempioatı üçün klublara ümumilikdə 209 milyon dollar paylayıb. Bu rəqəmin 2026-cı il Dünya çempionatı üçün 355 milyon dollara qədər artırılacağı açıqlanıb.

Turnir öncəsi təlim-məşq toplanışı dövrü də daxil olmaqla, klublar Dünya çempionatında iştirak edən hər bir oyunçu üçün gündə təxminən 11.000 dollar qazanacaqlar.

Məlumata görə, Dünya çempionatı heyətində 11 oyunçusu olan “Qalatasaray” gündə təxminən 121.000 dollar qazanacaq.

Oyunçuları turnirdə irəliləsələr, sarı-qırmızıların qazanacağı gəlir xeyli artacaq. Lakin Noa Lanqın icarə müqaviləsi iyunun 30-da başa çatdığı üçün onun həmin tarixdən sonrakı qazancı “Napoli”yə köçürüləcək.

"Fənərbaxça" Dünya çempionatı zamanı gəlirlərinin daha da artacağını gözləyir. Bildirilir ki, iyunun 30-dan sonra Dünya çempionatında iştirak edəcək oyunçuların sayı 12-yə çata bilər. Bu halda klubun gündəlik qazancı təxminən 132.000 dollara çatacaq.

Xəbərdə bildirilir ki, icarəyə götürülmüş oyunçular İrfan Can Kahveci, Sofyan Amrabat və Dominik Livakoviç Dünya çempionatı kampaniyalarını davam etdirsələr, onların FIFA ödənişləri 1 iyuldan etibarən "Fənərbaxça"ya köçürüləcək. Digər tərəfdən, meksikalı ulduz Edson Alvaresin siyahıdan çıxarılacağı, lakin klubun gəlirlərində ciddi itki yaşamayacağı bildirilir.

Milyonlarıa dollarlıq gəlir

Dünya çempionatında keçən hər gün klublar üçün yeni gəlir deməkdir. Buna görə də, “Qalatasaray” və “Fənərbaxça” həm idman uğurları, həm də iqtisadi qazanc baxımından turniri yaxından izləyəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar