PSJ Braziliyanın "Flamenqo" klubunu final matçında məğlub edərək FIFA Qitələrarası Kubokunun qalibi olub (əsas vaxt - 1:1, penalti seriyasında 2:1).
Lent.az xəbər verir ki, qalib penalti seriyasında müəyyənləşib və bu seriyada Safonov ardıcıl olaraq dörd zərbəni dəf edərək komandasına qələbə qazandırıb.
Bununla da Rusiya millisinin qapıçısı Matvey Safonov Beynəlxalq Futbol Federasiyasının (FIFA) turnirləri tarixində ardıcıl dörd penalti zərbəsini dəf edən ilk qapıçı olub.
PSJ-nin rusiyalı qapıçısı mütləq rekord müəyyənləşdirdi - VİDEO
0
0
0
0