Fransanın daxili işlər naziri Bruno Riteylo PSJ-nin oyununda nəhəng "Azad Fələstin" pankartının yerləşdirilməsini tənqid edib. O, bunun “qəbuledilməz” olduğunu bildirib.
Lent.az-ın məlumatına görə, PSJ-yə qarşı sanksiyalar tətbiq edib-etməyəcəyi ilə bağlı suala Riteylo “Sud” radiosuna deyib: "Mən heç nəyi istisna etmirəm. PSJ-dən izahat tələb edəcəm".
Futbol azarkeşləri dünən Çempionlar Liqasının “Atletiko” ilə oyunundan əvvəl, Millətlər Liqası çərçivəsində Fransanın Parisdə İsraili qəbul etməsindən səkkiz gün əvvəl nəhəng "Azad Fələstin" pankartı açıblar.
Pankartda Fələstin görüntülərinin mərkəzi olan və HƏMAS terror qruplaşmasının 2023-cü il oktyabrın 7-də İsrailə hücumunun adını verdiyi dini obyektin bir hissəsi olan Qaya Qübbəsi təsvir edilib.
Pankartda həmçinin qırmızı ləkələrlə cırılmış Fələstin bayrağı və İsrailin “Hizbullah” terror qruplaşması ilə döyüşdüyü Livan bayrağının təsviri olan köynək geyinmiş uşaq da əks olunub.
Bundan əlavə, "Azad Fələstin" yazısındakı "i" hərfi Fələstin rənglərinə boyanmış İsrail dövlətinin bütün ərazisini, həmçinin Yəhudeya, Samariya və Qəzza zolağının təsvirini əks etdirən xəritənin təsviri olub.
"Meydanda müharibə, lakin bütün dünyada sülh" altında bu yazı da olub.
Oyun zamanı azarkeşlər "Qəzzada bir uşağın həyatı başqasının həyatından daha az məna daşıyırmı?"
Nəzarət paketi Qətər hökumətinə məxsus olan PSJ, "belə bir mesaj vermək planlarından" xəbərdar olmadığını söyləyib.