Braziliya millisinin və “Əl-Hilal”ın hücumçusu Neymar Dubayda penthaus alıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, futbolçu ev üçün 54,5 milyon dollar ödəyib.
Penthaus Business Bay ərazisindəki “Bugatti Residences by Binghatti” yaşayış binasında yerləşir.
Qeyd olunub ki, “Bugatti” brendi altında dünyada ilk yaşayış layihəsi olan bu eksklüziv layihə şəxsi hovuz, avtomobilləri birbaşa penthausa çatdıran lift və “Downtown” Dubayın panoramik mənzərələri kimi eksklüziv xüsusiyyətləri təklif edir.