"Qarabağ"ın Nəriman Axundzadə ilə bağlı klubumuzun MLS (ABŞ) təmsilçisi "Kolumbus Kru" (Columbus Crew) klubu ilə aparılan danışıqları yekun mərhələyə çatıb və tərəflər arasında razılıq əldə olunub.
Lent.az apasport.az-a istinadla xəbər verir ki, mövcud razılaşmaya əsasən, futbolçuya qarşı tərəf ilə şəxsi müqavilə şərtlərinin müzakirə edilməsinə icazə verilib.
Prosesin növbəti mərhələləri ilə bağlı əlavə məlumat rəsmi şəkildə ictimaiyyətə təqdim olunacaq.