Millinin keçmiş futbolçusu dəhşətli qəzadan  sonra öldü
02 iyun 2026 17:06 (UTC +04:00)

Millinin keçmiş futbolçusu dəhşətli qəzadan sonra öldü

0

Marios İkonomou motosiklet qəzasında başından ölümcül xəsarətlər alıb.

Yunanıstan milli komandasının keçmiş futbolçusu Marios İkonomou dəhşətli qəza nəticəsində 33 yaşında vəfat edib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, may ayının sonunda Marios Yunanıstanın Yanina şəhərində motosikleti ilə avtomobil toqquşması nəticəsində qəzaya uğrayıb. Futbolçu ağır baş zədəsi alıb.

Tibb işçiləri təcili əməliyyat keçiriblər və futbolçunu süni komaya salıblar. Lakin onun həyatını xilas edə bilməyiblər; qəzadan bir neçə gün sonra xəstəxanada ölüb.

Marios karyerası ərzində “Bolonya”, AEK, “Kopenhagen” və “Sampdoriya” kimi klublarda oynayıb və Yunanıstan milli komandasında 6 oyun keçirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 200

Oxşar yazılar