İtaliyanın “Fiorentina” futbol klubunun prezidenti Rokko Kommisso 77 yaşında vəfat edib.
Lent.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.
“Uzunmüddətli xəstəlikdən sonra sevimli prezidentimiz bizi tərk etdi”, — deyə açıqlamada bildirilir.
Məlumata görə, Kommisso “Fiorentina”nı 2019-cu ilin yayında satın alıb.