Mbappe Ronaldonun "Real"dakı rekordunun  bir addımlığında
19 dekabr 2025 16:58 (UTC +04:00)

Mbappe Ronaldonun "Real"dakı rekordunun bir addımlığında

0

Kral Kubokunun 1/16 final mərhələsində “Real” üçüncü divizion təmsilçisi “Talavera” üzərində çətin anlar yaşayıb. “Kral klubu” 3-2 hesabı ilə qalib gəlib, Kilian Mbappe iki qol vurub.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, fransız futbolçu kubokda vurduğu iki qol ilə 2025-ci ildə “Real” üçün vurduğu qolların sayını 58-ə çatdırıb. Kriştiano Ronaldo hazırda “Real”ın bir təqvim ilində qol vurma rekorduna sahibdir və 2013-cü ildə təkcə klub üçün 59 qol vurub.

Kriştianonun rekordunu qırmaq üçün Kilianın daha iki qol vurması lazımdır və hücumçunun bunu etmək üçün cəmi bir oyunu qalıb -  “Real” dekabrın 20-da La Liqanın 17-ci turunda evdə "Sevilya" ilə qarşılaşacaq. "Kral klubu”nunh növbəti liqa oyunu 2026-cı il yanvarın 4-da "Santyaqo Bernabeu"da "Betis"ə qarşı olacaq.

Mbappe artıq Ronaldo və “Real”ın ilin əvvəlindən bəri vurduğu ikinci ən yaxşı qol sayına çatıb: 2025-ci ildə Kilian kimi, portuqaliyalı 2012-ci ildə də 58 qol vurub. Əfsanə həmçinin “Real”ın təqvim ili üçün bütün zamanların ən çox qol vuran oyunçular siyahısında üçüncü yerdədir və Kriştianonun 2016-cı ildə vurduğu 56 qol sayına çatıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 216

Oxşar yazılar