Fransanın “Marsel” futbol klubu maliyyə vəziyyətinə görə UEFA tərəfindən avrokuboklardan uzaqlaşdırılma riski ilə üzləşib.
Lent.az “L'Equipe” nəşrinə istinadən xəbər verir ki, klub son mövsümlərdə ciddi maliyyə itkiləri verib və UEFA ilə 2022-ci ildə bağlanan maliyyə razılaşmasının şərtlərini yerinə yetirməkdə çətinlik çəkir.
“Marsel” 2025/26 mövsümünü Fransa çempionatında beşinci pillədə başa vuraraq Avropa Liqasına vəsiqə qazanıb.