"Mançester Yunayted" rəsmi olaraq müdafiə xəttini gücləndirmək üçün üç yeni müdafiəçi axtarışına başlayıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, "Mançester Yunayted" rəhbərliyi üç mərkəz müdafiəçisini izləyir.
Məlumata görə, "Mançester Yunayted"in potensial transferləri arasında "Tottenhem"dən Mikki van de Ven, "Sampdoriya"dan Murillo və hazırda "Leypsiq"də oynayan Kastello Lukeba var.
"Qırmızı şeytanlar"ın Mattheys de Liqt, Lisandro Martines və veteran Harri Maqueyrin yerinə bu oyunçuları gətirməyi planlaşdırdığı bildirilir.
Klub daxilində bu üçlüyün "Mançester Yunayted"in heyətində əsas fiqurlara çevrilə və gələn mövsüm müdafiədə əhəmiyyətli rol oynaya biləcəyinə inanılır.