Konfrans Liqası : Meydan sahibləri qələbə qazandılar
10 aprel 2026 01:25 (UTC +04:00)

Konfrans Liqası: Meydan sahibləri qələbə qazandılar

0

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin daha 3 oyunu keçirilib.

Lent.az xəbər verir ki, İtaliya "Fiorentina"sı İngiltərədə "Kristal Pelas"a, Niderlandın "AZ Alkmaar" kollektivi Polşada Ukraynanın "Şaxtyor" (Donetsk) klubuna 0:3, Fransa "Strasburq"u isə Almaniyada "Maynts"a 0:2 hesabı ilə uduzub.

Raundun açılış matçında isə İspaniyanın "Rayo Valyekano" klubu öz meydanında Yunanıstanın AEK komandasına 3 cavabsız qolla qalib gəlib.

Qeyd edək ki, Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları aprelin 16-da keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 210

Oxşar yazılar