Andre Villaş-Boaş İspaniya millisinə rəhbərlik edə bilər.
Lent.az bildirir ki, bu barədə nüfuzlu jurnalist Nikolo Skira sosial şəbəkəsində məlumat verib.
Daha əvvəl portuqaliyalının Belçika millisinə rəhbərlik edə biləcəyi bildirilirdi. Villaş-Boaşın son iş yeri 2019-2021-ci illərdə baş məşqçilik etdiyi "Marsel" olub. Mütəxəssis "Porto", "Çelsi", "Tottenhem", "Zenit" və "Şanxay"da da çalışıb.
İspaniya yığması dünya çempionatındakı çıxışını 1/8 finalda Mərakeşə penaltilər seriyasında uduzaraq (0:0, 0:3 pen.) başa vurub. Qrup mərhələsində Kosta Rikanı məğlub edib (7:0), Almaniya ilə heç-heçə oynayıb (1:1) və Yaponiyaya (1:2) məğlub olaraq, Luis Enrikenin komandası qrup mərhələsində ikinci olub.