İspaniya La Liqası: “Atletiko Madrid” çətin qələbə qazandı
02 oktyabr 2023 04:06 (UTC +04:00)

İspaniya La Liqası: “Atletiko Madrid” çətin qələbə qazandı

Oktyabrın 1-də futbol üzrə İspaniya La Liqasında 8-ci turun növbəti oyunları keçirilib.

Lent.az xəbər verir ki, günü maraqlı oyunlarından biri Madriddə keçirilib. “Atletiko Madrid” öz meydanında “Kadiz”i qəbul edib. Bu görüşdə madridlilər çətin qələbə qazanıblar. Belə ki, hesabda 0:2 hesabı ilə geri düşən Simeonenin yetirmələri oyunda dönüş yarada biliblər. Qonaqların heyətində 12-ci dəqiqədə Lukas Pires, 27-ci dəqiqədə isə Marti fərqləniblər. Meydan sahiblərinin qollarına isə 32-ci və 66-cı dəqiqələrdə Korrea, 46-cı dəqiqədə isə Molina imza atıblar.

Beləliklə, xallarının sayını 16-ya çatdıran “Atletiko Madrid” turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib. Onun ehtiyatda bir oyunu var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2511
avatar

Oxşar yazılar