Lionel Messi azarkeşləri portuqaliyalı futbolçunun Donald Trampla qəfil dostlaşmasından sonra Kriştiano Ronaldonu tənqid ediblər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, “İnter Mayami” komandasının Ağ evə səfərindən sonra argentinalı futbolçu da tənqid atəşinə tutulub.
Florida klubunun oyunçuları ABŞ prezidentinin İranın bombalanması ilə bağlı çıxışını təxminən 10 dəqiqə dinləməli olublar. Kiçik bir hissə:
"ABŞ ordusu, gözəl İsrail tərəfdaşlarımızla birlikdə, düşməni vaxtından xeyli əvvəl və əvvəllər görünməmiş səviyyədə tamamilə məhv etməyə davam edir. Həqiqətən də başqa çarəmiz yox idi; əgər biz onları vurmasaydıq, onlar bizi vurardılar, çünki onlar dəlidirlər".
Uşaqlar da öz kumirlərinə görə məyus olublar. Gənc iranlı futbol azarkeşləri Leonu tənqid edən videolar çəkir və etiraz olaraq onun formalarını atırlar.
Xavyer Maskerano Trampla görüşdükdən sonra özünə haqq qazandırmağa çalışıb: "Bizə deyildi ki, səfər sadəcə bizi titul münasibətilə təbrik etmək üçün olacaq. Onlar yalnız futbol haqqında danışacağımıza söz verdilər, amma proses belə getmədi".