Gənc MMA döyüşçüsü müəmmalı şəkildə  öldü
02 yanvar 2025 15:24 (UTC +04:00)

Gənc MMA döyüşçüsü müəmmalı şəkildə öldü

Yeni zelandiyalı MMA döyüşçüsü Hakaraya Uilson 26 yaşında vəfat edib. Bu barədə “Daily Mail” məlumat yayıb.

Lent.az xəbər verir ki, idmançının meyiti yanvarın 1-də “Rhythm and Vines” musiqi festivalında iştirak etmək üçün getdiyi Gisbornda aşkar edilib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin üzərində zorakılıq əlamətləri aşkar etməyiblər. Meyit müayinə olunması üçün aidiyyatı şöbəyə göndərilib.

Uilson sonuncu dəfə 2024-cü il oktyabrın 27-də Balidə keçirilən “Canggu Fight Night 32” turnirində Filippin təmsilçisi Mark Alkobanı texniki nokautla məğlub edib. Ümumilikdə, MMA-dakı bütün karyerası ərzində idmançı dörd döyüş keçirib, bu döyüşlərdə üç qələbə qazanıb və bir məğlubiyyət alıb.

Altı həftə əvvəl o, İnstaqram səhifəsində uğurla əməliyyat olunduğunu elan edib.

“Əməliyyat başa çatıb. Ən qısa zamanda qayıdacağam”, - deyə idmançı yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2909

Oxşar yazılar