"Levante"nin futbolçuları sel qurbanlarının xatirəsinə çirkli formalarda meydana çıxıblar.
Lent.az xarici mediaya istinadla bildirir ki, həftəsonu “Levante” Sequnda Divizionunda “Elçe”ni (1:1) qəbul edibş. Bu, Valensiya əyalətində 220-dən çox insanın həyatına son qoyan güclü daşqından sonra keçirilən ilk oyundur. Yerli komanda xüsusi “çirkli” köynəklərlə meydançaya çıxaraq fəlakətdən xilasetmə işçilərinə dəstək olub. Unikal forma xeyriyyə hərracına çıxarılacaq.
“Levante” kir ləkələrinə bənzəyən elementləri olan formasında xilasedicilərə təşəkkür edilib.
Oyundan əvvəl tam qaranlıqda stadionda anım mərasimi və bir dəqiqəlik sükutla daşqınlarda ölənlər yad edilib. Futbolçuların imzası olan köynəklər 100 avrodan start qiyməti ilə hərraca çıxarılacaq və əldə olunan gəlir zərərçəkənlərə yardıma sərf olunacaq.
“Levante” İspaniyanın ikinci ən yüksək futbol divizionu olan Sequnda Divizionunda oynayır. 15 turdan sonra Valensiya futbolçuları turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb, ikinci pillədən 4 xal geri qalırlar ki, bu da birbaşa La Liqaya aparır. Eyni zamanda “Levante”nin ehtiyatda iki oyunu var.