Futbol azarkeşləri arasında ATIŞMA
14 iyul 2024 15:44 (UTC +04:00)

Futbol azarkeşləri arasında ATIŞMA

Afinanın mərkəzində futbol azarkeşlərinin atəşə tutulması nəticəsində 3 nəfər yaralanıb, 72 nəfər isə həbs edilib.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə "Panatinaikos" stadionunun yaxınlığında, yerli "Panatinaikos" və AEK klubları arasında keçirilən oyundan əvvəl baş verib. Attika polisinin qərargahı yaxınlığında rəqib komandaları alqışlayan futbol azarkeşləri qrupları arasında toqquşma olub.

Qarşıdurma nəticəsində 38 yaşlı azarkeş ayağından odlu silahla yaralanıb, 22 yaşlı zərərçəkənin qarnına kəsici alətlə zərbələr endirilib. 25 yaşlı yunanıstanlı da döyülmələrdən əziyyət çəkib və xəstəxanaya aparılıb.

Xəstəxanaya yerləşdirilən zərərçəkənlərin həyatı üçün təhlükə olmadığı qeyd edilir. Hadisəni törədən şəxslərin və onların silahlarının tapılması üçün hadisə yerində araşdırma aparılır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1710
avatar

Oxşar yazılar