Kilian Mbappe Fransa millisinə çağırılmasa da, özünü məşğul etmək üçün nəsə tapıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, "Real"ın hücumçusu Kilian Mbappe Millətlər Liqasındakı oyunlar üçün Fransa millisinə çağırılmayıb.
Hücumçu boş vaxtını keçirmək üçün istirahətə gedib.
Klian PSJ-dən keçmiş komanda yoldaşı Əşrəf Hakimi ilə görüşüb.
Futbolçular video oyunlar oynayıb, həmçinin qəlyan çəkiblər.