Türkiyənin “Fənərbaxça” klubunun prezidenti Sadettin Saran barəsində qanunsuz mərc oyunlarının təşviqi ittihamı üzrə məhkəmə qərarı elan olunub.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, məhkəmənin qərarına əsasən, o, 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Məhkəmə qərarının detalları və hökmün icrası ilə bağlı əlavə məlumatların yaxın vaxtlarda açıqlanacağı gözlənilir.