Erməni idmançıları “Artsax” adlı musiqidən  istifadə edə bilməyəcək
09 fevral 2026 18:38 (UTC +04:00)

Erməni idmançıları “Artsax” adlı musiqidən istifadə edə bilməyəcək

0

Azərbaycan Milli Olimpiya Komitəsinin erməni idmançıları Karina Akopova və Nikita Raxmaninin fiqurlu konkisürmə üzrə qısa proqramda “Artsax” adlı musiqidən istifadə etməsinə qarşı ciddi etirazı ilə bağlı tədbir görülüb.

Lent.az Milli Olimpiya Komitəsinə istinadən xəbər verir ki, MOK-un haqlı narazılığına Beynəlxalq Olimpiya Komitəsi (BOK) və Beynəlxalq Konkisürmə Birliyinin (ISU) rəsmi nümayəndələri münasibət bildiriblər.

Erməni idmançılarının bu seçiminin Olimpiya Xartiyasının siyasi neytrallıq prinsiplərinə zidd olduğu nəzərə çatdırılıb və yarış vaxtı erməni idmançılarının istifadə edəcəyi musiqinin adının dəyişdirilməsi barədə məlumat verilib.

Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 280

Oxşar yazılar