Ərəb klubundan Ronaldoya daha 2 illik müqavilə  TƏKLİFİ
11 aprel 2025 09:37 (UTC +04:00)

Ərəb klubundan Ronaldoya daha 2 illik müqavilə TƏKLİFİ

40 yaşlı 5 qat "Qızıl top" sahibi Kriştiano Ronaldo ərəb klubu "Əl-Nəsr"la yeni müqavilə imzalamağa yaxındır. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, əfsanəvi futbolçuya əməkdaşlığı daha iki il uzatmaq təklif olunub.

Qeyd edək ki, Ronaldo 2023-cü ilin əvvəlində “Əl-Nəsr”ə keçib və o vaxtdan bəri bütün yarışlarda 98 oyun keçirib, 88 qol vurub. Bununla belə, komanda hələ ki heç bir böyük kubok qazanmayıb.

Ronaldonun "Əl-Nəsr"lə müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədədir. O, əvvəllər "Mançester Yunayted", "Yuventus", "Real" və "Sportinq Lissabon"da çıxış edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 866

Oxşar yazılar