Enrike Ronaldonun niyə karyerasını bitirməməsinin  səbəbini AÇIQLADI
29 sentyabr 2025 13:45 (UTC +04:00)

Enrike Ronaldonun niyə karyerasını bitirməməsinin səbəbini AÇIQLADI

0

Kriştiano Ronaldo bu günlərdə  Səudiyyə Ərəbistanı Liqası oyununda "Əl-Nəsr"in Kərim Benzemanın "Əl-İttihad" klubuna 2:0 hesabı ilə qalib gəlməsinə kömək edib və 40 yaşlı portuqaliyalı da qol vurub.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, PSJ-nin baş məşqçisi Luis Enrike Ronaldonun niyə hələ də karyerasını davam etdirdiyini açıqlayıb:

"O, pul üçün oynamır; onsuz da bu var. O, ehtiras və şöhrət üçün oynayır".

Oyundan sonra Kriştianunun özü sosial şəbəkədə belə yazıb: "Bu, Əl-Nəsr”dir! Biz beləyik!"

Deyəsən, Enrike haqlıdır.

Ronaldonun komandası 12 xal toplayıb və turnir cədvəlində birinci yeri təmin edib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 358

Oxşar yazılar