Dünya çempionatında meydana çıxan ən yaşlı oyunçu misirli Essam Əl-Hadari olub.
Veteran misirli qapıçı 2018-ci ildə Rusiyada keçirilən Dünya çempionatında Səudiyyə Ərəbistanına qarşı oynayarkən 45 yaş 161 günlük idi.
Bununla da Əl-Hadari 43 yaş 3 günlük ən yaşlı oyunçu tituluna sahib olan kolumbiyalı qapıçı Fərid Mondraqonu geridə qoyub.
Kamerunlu Rocer Milla 1994-cü il Dünya çempionatında Rusiyaya qarşı 42 yaş 39 günlük olanda oyunda iştirak edib.
Şimali İrlandiyalı Pet Cenninqs 1986-cı il Dünya çempionatında 41 yaşında Braziliyaya qarşı oynayıb, ingilis Piter Şilton isə 1990-cı il Dünya çempionatında 40 yaş 292 günlüyündə İtaliyaya qarşı debüt edib.
Dünya çempionatında oynamış ən yaşlı oyunçular bunlardır:
Essam Əl-Hadari, Misir, 2018-ci il, 45 yaş 161 gün
Fərid Mondraqon, Kolumbiya, 2014-cü il, 43 yaş 3 gün
Rocer Milla, Kamerun, 1994-cü il, 42 yaş 39 gün
Pet Cenninqs, Şimali İrlandiya, 1986-cı il, 41 yaş
Piter Şilton, İngiltərə, 1990-cı il, 40 yaş 292 gün
Dino Zoff, İtaliya. 1982-ci il, 40 yaş 133 gün
Əli Bumnijel, Tunis, 2006-cı il, 40 yaş 71 gün
Əən gənc oyunçu: Uaytsayd
Şimali İrlandiyadan olan Norman Uaytsayd Dünya çempionatı oyunlarında meydana çıxan ən gənc oyunçu adını qazanıb.
Uaytsayd 1982-ci ildə İspaniyada keçirilən turnirdə tarixə düşərək, cəmi 17 yaş 41 günlük ikən Dünya çempionatı tarixinin ən gənc oyunçusu olub. O, debütünü 1982-ci il iyunun 17-də Yuqoslaviya ilə qolsuz heç-heçə zamanı edib.
Kamerunlu Samuel Eto'o 1998-ci ildə 17 yaş 98 günlüyündə İtaliyaya qarşı oyunda iştirak edib.
Dünya çempionatında oynayan ən gənc futbolçular aşağıdakılardır:
Norman Uaytsayd, Şimali İrlandiya, 1982-ci il, 17 yaş 41 gün
Samuel Eto'o, Kamerun, 1998-ci il, 17 yaş 98 gün
Femi Opabunmi, Nigeriya, 2002-c il, 17 yaş 100 gün
Salomon Olembe, Kamerun, 1998-ci il, 17 yaş 184 gün
Pele, Brazilya, 1958-ci il, 17 yaş 234 gün
Ən gənc kapitan, Meola
Dünya çempionatı tarixində ən gənc kapitan amerikalı Toni Meola olub.
Meola 1990-cı il Dünya çempionatında Çexoslovakiyaya qarşı komandaya kapitanlıq edərkən 21 yaş 109 günlük olub
Digər tərəfdən, misirli Essam Əl-Hadari 2018-ci ildə 45 yaş 161 günlüyündə Səudiyyə Ərəbistanına qarşı komandaya kapitanlıq edərkən ən yaşlı kapitan kimi qeydə alınıb.