Qadınlar arasında 57 kq çəki dərəcəsində mübarizə aparan para-cüdoçumuz Sevda Vəliyeva qızıl medal qazanıb.
Azərbaycan Milli Paralimpiya Komitəsindən Lent.az-a verilən məlumata görə, Sevda Vəliyeva finaldakı rəqibi Parvina Samandarovanı məğlub edərək kürsünün ən yüksək pilləsinə qalxıb.