Böyük üçlük:  Oçoa, Messi və Ronaldo  altıncı dəfə   Dünya çempionatına gedirlər - Bu,  REKORDDUR
03 iyun 2026 12:11 (UTC +04:00)

Böyük üçlük: Oçoa, Messi və Ronaldo altıncı dəfə Dünya çempionatına gedirlər - Bu, REKORDDUR

0

Meksika millisinin qapıçısı Qilyermo Oçoa rəsmi olaraq qarşıdan gələn Dünya çempionatı üçün heyətə daxil edilib.

Bu, 40 yaşlı qapıçının altıncı turniridir. Dünya çempionatında mübarizə aparacaq Lionel Messi və Kriştiano Ronaldo üçün də turnir altıncı olacaq.

İndiyə qədər futbol tarixində heç kim altı Dünya çempionatında oynaya bilməyib. Əvvəllər Oçoa, Messi və Ronaldo bu rekordu (beş turnir) Antonio Karbahal, Rafa Markes, Andres Quardado, Lotar Matteus və Canluici Buffonla bölüşürdülər. İndi isə bu əfsanə üçlük gözümüzün qabağında əbədi rekorda imza atır.

Bu Dünya çempionatı Oçoanın son rəqsi olacaq: turnirdən dərhal sonra qapıçı rəsmi olaraq karyerasını başa vuracaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 172

Oxşar yazılar