Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin 4-cü turuna start verilib.
Lent.az xəbər verir ki, birinci oyun günündə bir qarşılaşma keçirilib.
“Beşiktaş” doğma azarkeşləri önündə “Malmö”nü qəbul edib. Türkiyə təmsilçisi 2:1 hesablı qələbəyə sevinib.
Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” bu mərhələdə sabah Norveçdə “Bodo-Qlimt”lə üz-üzə gələcək.