Kərim Benzema hesab edir ki, Vinisius Junior “Qızıl top”a layiq idi.
"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri "France Football" tərəfindən 2024-cü ilin ən yaxşı futbolçusu seçilib. "Real"ın cinah oyunçusu Vinisius Junior ikinci yerdə qərarlaşıb.
“France Football” haqqında danışmaq istəmirəm... Vinisius Çempionlar Liqasını qazandığı mövsümün hər oyununda həlledici rol oynadı və heç kim “Qızıl topa” ondan daha çox layiq olmadı.
Mən futbola baxıram və onun yalnız ən yaxşısını etdiyini görürəm. "Əl-İttihad"da çıxış edən "Real"ın keçmiş hücumçusu “Los amigos de Edu” şousunda "Qızıl top"u qazanmayanda ona mesaj göndərdim, kədərləndim" deyib.