"Bavariya" heyətini Premyer Liqanın autsayderinin oyunçusu ilə gücləndirilə bilər.
Lent.az xarici KİV-ə istinala xəbər verir ki, Münhen klubu Tayler Dibblinqin futbolçu kimi inkişafını izləyir. Klubun idman və baş direktorları Maks Eberl və Kristian Froynd 19 yaşlı vingerin çıxışı ilə bağlı çox yaxşı təəssüratlara malikdir.
Eyni zamanda, qeyd edilir ki, Münhen komandası hələ oyunçunun nümayəndələri ilə əlaqə saxlamayıb, lakin gələcəkdə bunu etməyi planlaşdırır.
Dibblinq bu mövsüm Premyer Liqada "Sauthempton"da debüt edib. Ümumilikdə o, komandanın heyətində 30 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə verib.