“Barselona” bu liqanı tərk etdi  - Rəsmi BƏYANAT
07 fevral 2026 17:40 (UTC +04:00)

“Barselona” bu liqanı tərk etdi - Rəsmi BƏYANAT

0

“Barselona” rəsmi saytında Avropa Superliqası layihəsindən çıxdığını açıqlayıb.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Kataloniya klubu bu barədə rəsmi şəkildə “European Super League Company” şirkətini və layihədə iştirak edən klubları məlumatlandırıb.

Xatırladaq ki, yeni Avropa futbol turnirinin yaradılması barədə elan 2021-ci ildə verilib. “Barselona” Superliqanın 12 təsisçi klubundan biri kimi çıxış edirdi. UEFA layihəni sərt şəkildə tənqid edərək bildirib ki, bu layihədə iştirak edən bütün klublar digər daxili, Avropa və dünya turnirlərindən kənarlaşdırılacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 274

Oxşar yazılar