Arbeloanın taleyi  bir oyundan asılıdır
10 aprel 2026 09:52 (UTC +04:00)

Arbeloanın taleyi bir oyundan asılıdır

0

"Real"ın baş məşqçisi Alvaro Arbeloanın gələcəyi Çempionlar Liqasının dörddəbir finalının "Bavariya”ya qarşı cavab oyunundan asılıdır. Zəif nəticə onun işdən çıxarılmasına səbəb ola bilər.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, "Real"da vəziyyət gərgin olaraq qalır. Arbeloanın gələcəyi Çempionlar Liqasının dörddəbir finalında "Bavariya” ilə həlledici cavab oyunu ilə bağlıdır. Madrid klubunun rəhbərliyi nəticədən asılı olaraq gənc məşqçi ilə yollarını ayırmağa hazırlaşır. 

İspaniya mətbuatındakı xəbərlərə görə, mövsümün ortasında Xabi Alonsonun yerinə böyük ümidlərlə gətirilən Alvaro Arbeloanın taleyi 90 dəqiqəlik bir oyunla bağlıdır. La Liqadakı qeyri-sabit performans və son həftələrdə itirilən xallar Arbeloanın mövqeyini ciddi şəkildə təhlükə altına alıb. Rəhbərlik gənc baş məqşçi üçün “tamammı, yoxsa davammı” qərarını Münhendəki oyundan sonra verəcək. 

"Real" rəhbərliyi Çempionlar Liqasını klubun "qırmızı xətti" kimi görür. İlk oyundakı mənfi nəticədən sonra "Allianz Arena"da keçiriləcək cavab görüşü təkcə yarımfinala vəsiqə qazanmaqla kifayətlənmir, həm də Arbeloanın taleyini müəyyən edəcək. Bildirilib ki, klub prezidenti və idarə heyəti Avropadan erkən ayrılmağı qəbul etməyəcək və belə bir ssenaridə Arbeloa dərhal istefaya göndəriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar