Jordi Alba Lamin Yamalın istedadına hörmətlə yanaşır, lakin Messi ilə müqayisələri rədd edir.
Lent.az-ın xarici mətbuata istinadla məlumatına görə, "İnter Mayami"nin müdafiəçisi jurnalistlərlə görüşdə əvvəlcə gülüb: "Sənə başlıq lazımdır..." və sonra gənc oyunçunu tərifləyərək "Barselona"nın liderləri - Frenk, Pedri və digərlərindən bəhs edib.
Lakin Yamalın növbəti Messi ola biləcəyi soruşulanda, Alba dərhal mövzunun bağlı olduğunu açıqlayıb:
"Laminlə Leo müqayisə oluna bilməz. Messinin rəqibi yoxdur".