Azərbaycan yığmasının Avropa çempionatı üçün heyəti açıqlandı
29 oktyabr 2020 14:05 (UTC +04:00)

Azərbaycan yığmasının Avropa çempionatı üçün heyəti açıqlandı

Noyabrın 19-da start götürəcək cüdo üzrə Avropa çempionatında çıxış edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, yığmamız Çexiyanın paytaxtı Praqada təşkil olunacaq yarışa 16 cüdoçu ilə yollanacaq.

Tatami üzərinə 9 kişi və 7 qadın idmançımız çıxacaq. Kişilərdən ibarət komandanın şərəfini Kəramət Hüseynov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Hidayət Heydərov, Murad Fətiyev (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq) və Uşanqi Kokauri (+100 kq) qoruyacaq.

Qadınların mübarizəsində Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Aleksandra-Larisa Florian, İçenxorlo Muntxsedev (hər ikisi 57 kq), Günel Həsənli (70 kq) və İrina Kindzerska (+78 kq) qoruyacaq.

Qeyd edək ki, noyabrın 19-21-də keçiriləcək çempionatda 33 ölkədən 278 – 155 kişi və 123 qadın cüdoçunun qatılacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 892
avatar

Oxşar yazılar