"Cenoa"nın baş məşqçisi Patrik Vieyra "Roma"nın ona olan marağından danışıb.
Lent.az xarici mətbuata istinadla bildirir ki, onun sözlərinə görə, hazırkı vəziyyətdən razıdır və klubu dəyişmək niyyətində deyil.
"Futbolda gələcək son dərəcə qeyri-müəyyəndir. Hər kəs bilir ki, bir məşqçinin həyatı hətta bir oyundan asılı ola bilər. Amma bizim işimizdə əsas məqsəd hədəfdən geri çəkilməməkdir və bizim konkret halda məqsədimiz klubu A Seriyasında saxlamaqdır. İndi bizim yeni prezidentimiz var və azarkeşlərimiz "Cenoa"nı növbəti mövsüm A Seriyasında görməyə ümid edirlər. Riyazi hesablamalara görə, hələ ki heç nə aydın deyil.
Sizə bir şeyi dəqiq deyə bilərəm ki, 100 faiz başqa klubla danışıqlar aparmamışam”, - “qırmızı-göylər”in çalışdırıcısı bildirib.