“Fulhem” yenidən Premyer Liqada
05 avqust 2020 09:35 (UTC +04:00)

“Fulhem” yenidən Premyer Liqada

0

İngiltərə Premyer Liqasına sonuncu vəsiqənin sahibi bəlli olub.

Apasport.az saytının məlumatına görə, Çempionşipdə ilk iki yeri tutan “Lids” və “Vest Bromviç”in ardından “Fulhem”də yüksək dəstədə oynamaq hüququ qazanıb.

Bu, pley-off mərhələsinin final matçından sonra rəsmiləşib. Londondakı “Uembli” stadionunda baş tutan həlledici görüşdə “Brentford”u əlavə vaxtda 2:1 hesabı ilə məğlub edən “Fulhem” bir illik fasilədən sonra Premyer Liqaya qayıdıb.

Qeyd edək ki, Premyer Liqadan Çempionşipə “Bornmut”, “Uotford” və “Norviç” yuvarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3310

Oxşar yazılar