"Qara Ölüm"   - Niyə insanlar bu quşun cəhənnəmdən  gəldiyini düşünürlər?
23 aprel 2026 14:12 (UTC +04:00)

"Qara Ölüm" - Niyə insanlar bu quşun cəhənnəmdən gəldiyini düşünürlər?

0

Dünyada ən ziddiyyətli qəbul edilən quşlardan biri sayılan Baklan illərdir “cəhənnəmdən gələn quş”, “qara ölüm” və hətta “balıq terrorçusu” kimi  tanınır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu mövzuda aparılan araşdırmalarda baklanın əslində insan stereotiplərinin qurbanı olduğunu qeyd edilir. Problem quşda deyil, insanların canlıları yaxşı və pis kimi qruplaşdırmaq meylindədir.

Yeni araşdırmada baklanı xəsislik və qərəzlərin mədəni tarixinin simvolu kimi təqdim edir. Bu yanaşma göstərir ki, cəmiyyət çox vaxt heyvanların reputasiyasını real davranışlarına görə deyil, qorxu və stereotiplər əsasında formalaşdırır.

Ədəbiyyat və miflərin təsiri

Baklanın mənfi obrazı əsrlər boyu ədəbiyyat və mifologiya vasitəsilə gücləndirilib. Məsələn, Uilyam Şekspirin əsərlərində bu quş xəsisliklə əlaqələndirilir. Con Milton isə “İtirilmiş cənnət” poemasında şeytanı baklan obrazında təsvir edib.

Quşun xarici görünüşü də bu təsəvvürlərə təsir edib. Tünd rəngli lələkləri və qanadlarını açaraq hərəkətsiz qalması insanlara qorxulu və təhlükəli təsir bağışlayır.

Baklanlara qarşı mənfi münasibətin əsas səbəblərindən biri onların balıqla qidalanmasıdır. Balıqçılar tez-tez bu quşları həddindən artıq balıq ovlamaqda günahlandırırlar. Lakin alimlərin fikrincə, bu iddialar elmi faktlarla təsdiqlənmir - baklanların qidalanma norması digər balıq yeyən quşlardan fərqlənmir.

Həmçinin bu növün “invaziv” olması barədə fikirlər də yanlış hesab olunur. Onların sayı yalnız XX əsrdə pestisidlərin istifadəsi və ov nəticəsində azaldıqdan sonra bərpa olunub.

Problem quşda yox, insandadır

Tədqiqatçıların qənaətinə görə, insanlar bəzi heyvanları səbəbsiz şəkildə “pis”, digərlərini isə “yaxşı” kimi qəbul etməyə meyllidir. Məsələn, pelikanlar çox vaxt fədakarlığın simvolu kimi qəbul edildiyi halda, baklanlar heç bir obyektiv səbəb olmadan mənfi obrazla yadda qalır.

Alimlərin fikrincə, baklanın hekayəsi əslində quşun deyil, insan düşüncəsinin aynasıdır. Çünki heç bir canlı insanların onu necə qəbul etdiyini idarə edə bilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 350

Oxşar yazılar