Bu rayonlara qar yağıb - FAKTİKİ HAVA
19 yanvar 2025 11:17 (UTC +04:00)

Bu rayonlara qar yağıb - FAKTİKİ HAVA

Yanvarın 19-u saat 10:00-a olan faktiki hava açıqlanıb.

Lent.az-ın xəbərinə görə, Milli Hidrometeorologiya Xidmətinin yanvarın 19-u saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər rayonlarında hava şəraiti arabir yağıntılı olub.

Dağlıq rayonlarda qar yağıb, yağan qarın hündürlüyü Qubada (Qrız) 20 sm, Şahdağda 18 sm, Zaqatalada (Əlibəy) 8 sm, Qaxda (Sarıbaş) 5 sm, Qusar (Laza), Xınalıqda 3 sm, Xaçmaz, Şəkidə (Kişçay) 1 sm-dir.

Belə ki, düşən yağıntının miqdarı Şabranda 4 mm, Qubada (Qımıl) 3 mm, Zaqatala, Xınalıq, Altıağac, Şəkidə 1 mm-dək olub. Qərb küləyi əsib, küləyin sürəti sarı xəbərdarlığa uyğun olaraq arabir Qobustanda 18 m/s, Naftalanda 16 m/s, Kəlbəcərdə 15 m/s-yə çatıb. Sumqayıt, Quba, Qusar, Qrız, Lerik, Qaxda duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 8 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 717
avatar

Oxşar yazılar

20 yanvarda yağış intensivləşəcək

20 yanvarda yağış intensivləşəcək

19 yanvar 2025 , 13:39
Günün hava proqnozu

Günün hava proqnozu

19 yanvar 2025 , 09:30
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

18 yanvar 2025 , 20:30
Günün hava proqnozu

Günün hava proqnozu

18 yanvar 2025 , 09:30
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

17 yanvar 2025 , 20:30
Günün hava proqnozu

Günün hava proqnozu

17 yanvar 2025 , 09:30
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

16 yanvar 2025 , 20:30
Günün hava proqnozu

Günün hava proqnozu

16 yanvar 2025 , 09:30