Zaqatalada iki minik avtomobili toqquşdu, 4 nəfər yaralandı
03 iyul 2026 20:56 (UTC +04:00)

Zaqatalada iki minik avtomobili toqquşdu, 4 nəfər yaralandı

1

Zaqatalada iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində baş verib.

İlkin məlumata görə, "KIA" və "VAZ-2106" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bildirilib ki, xəsarət alanlardan biri Bakı şəhər sakini, digər üç nəfər isə Zaqatala rayon sakinidir. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.

Hazırda onlara ilkin tibbi yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 3118

Oxşar yazılar