Zaqatalada daha bir DOĞUŞ FACİƏSİ:  körpə öldü - YENİLƏNİB
08 yanvar 2025 14:25 (UTC +04:00)

Zaqatalada daha bir DOĞUŞ FACİƏSİ: körpə öldü - YENİLƏNİB

TƏBİB Zaqatalada baş verən uşaq ölümünə münasibət bildirib. 

Qurumdan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, rayonun Gözbarax kənd sakini, 1992-ci il təvəllüdlü şəxs dünəmn saat 11:10 radələrində 38 həftəlik hamiləlik diaqnozuyla Zaqatala Rayon Mərkəzi Xəstəxanasına planlı qeysəriyyə əməliyyatı üçün müraciət edib. 15:30-da əməliyyat icra edilib,  yaşama qabiliyyətinə mane olan çoxsaylı qüsurlar və anomaliyalarla, çəkisi 2800 qram, cinsi qız olan diri körpə (ağır vəziyyətdə) dünyaya gəlib. 2 saat sonra göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq, körpədə ölüm faktı qeydə alınıb. Meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

***

saat 12:35

Zaqatalada daha bir körpə ölümü baş verib. 

Lent.az xəbər verir ki, hadisə Zaqatala Rayon  Mərkəzi Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. 

Doğuş üçün xəstəxanaya müraciət edən Gözbarax kənd sakini, 32 yaşlı G.M (ad şərtidir) qeysəriyyə əməliyyatı olunub. 

Əməliyyat zamanı körpə dünyasını dəyişib. 

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13230
avatar

Ləman Sərraf

Oxşar yazılar